Hollandiyada yaşayanFrederik van Veyk adi fermerdir. Dediyinə görə, sosial şəbəkələrlə çox maraqlanmır və işi də toyuqçuluqdur.
Broyler ferması olan van Veyk toyuqçuluqla məşğuldur.
Lakin indi o, çox məşhurdur.
Hollandiyadakı RTV Noord telekanalındakı "Expedite Grunnen" teleşousunun çəkilişi zamanı aparıcının suallarını cavablayan van Veyk gülməyə başlayıb.
Onun gülüşü toyuq qaqqıltısına bənzəyirdi.
Telekanalın Facebook-dakı səhifəsində bu şən reportajın videosu paylaşandan sonra Frederik van Veykin gülüşü sosial şəbəkələrdə "virus"a çevrilib.
Videonu bəyənənlərin toplam sayı artıq 9 milyonu keçib./milli.az