Xəzər Xəbər

Madrid qərar verdi: Kataloniyaya qoşun yeridilir - VİDEO

Veb TV | 12:02 • 5 Oktyabr 2017
Madrid qərar verdi:

İspaniyanın Kataloniya bölgəsində katalonlarla polis arasında qarşıdurma davam edir.

Polis Barselona küçələrində referendumdan sonrakı etiraz aksiyalarına sərt müdaxilə edir və onların baş tutmasına imkan vermir.

Son məlumata görə isə, İspaniya cəbhəsindən yeni həmlə edilib. Kataloniya sərhədlərində yerləşən La Panadella bölgəsində əsgərlərin yerdəyişməsi həyata keçirilir. İspaniya Müdafiə Nazirliyi tərəfindən dünən həyata keçirilməsi əmr edilən konvoyların sayının iki olduğu bildirilir. Buna görə konvoylarla 20 ədəd qoşqulu iri yük avtomobilinin silah-sursat və digər ləvazimatlar daşıdığı qeyd olunur.

İspaniya ordusunun bölgəyə müdaxilə edəcəyi iddia olunduğu bir məqamda katalonlar buna sosial şəbəkələrdə sərt reaksiya veriblər. Onlar bunu bir işğal aktı kimi qiymətləndiriblər./Teleqraf.com


Xəbər lenti