Xəzər Xəbər

Tereza Mey canlı yayımda "İŞDƏN QOVULDU" - VİDEO

Veb TV | 10:52 • 5 Oktyabr 2017
Tereza Mey canlı yayımda

Britaniyalı pranker Saymon Brodkin baş nazir Tereza Meyin çıxışını dayandıraraq, ona qovulma üçün ərizə forması olan P45 təqdim edib. Bu barədə Telegraph xəbər yayıb.

Bildirilir ki, baş nazir Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının qurultayında çıxış edərkən gözlənilmədən pranker (insanlara qarşı zarafat naminə oyun quran, istehza edən şəxs) ona yaxınlaşıb və işdən qovulma zamanı doldurulan P45 formasını təqdim edib. «Boris bunu sizə təqdim etməyi xahiş etdi», deyə Brodkin vərəqi uzadıb.

«P45 formasını təqdim etmək istədiyim bir şəxs var, o da Ceremi Korbindir (müxalifət lideri, Leyboristlər Partiyasının lideri – red.)», - deyə Tereza Mey cavab olaraq bildirib.


Qeyd edək ki, Böyük Britaniyada hər bir işçi işdən qovulan zaman P45 vergi arayışını alır. Blankda şəxsin gəlirləri və ödədiyi vergi göstərilir.

Jurnalist Pol Brend Britaniyanın baş nazirinə təqdim edilən həmin formanın fotosunu Tvitterdə paylaşıb.

Nəşrdə o da bildirilir ki, yad adamın baş nazirə bu qədər yaxınlaşa bilməsi qurultayda olanları bərk qəzəbləndirib.

Daha sonra Brodkin özünün Tvitter mikrobloqunda Britaniyanın XİN rəhbəri Boris Consona ünvanlamış ismarıc qoyub:

«Salam Boris Conson, mən sənin xahiş etdiyin kimi Terezaya P45 arayışını təqdim etdim», - deyə o, yazıb. /faktxəbər

Xəbər lenti