Xəzər Xəbər

VİDEO: Binəqədidə ailə FACİƏSİ - Oğul atasını öldürdü

Veb TV | 19:56 • 5 Yanvar 2017
VİDEO: Binəqədidə ailə FACİƏSİ - Oğul atasını öldürdü

Gecə Bakıda ağır cinayət olub. Atası ilə mübahisə edən oğlan onu bıçaqlayaraq qətlə yetirib. Hadisə Binəqədi rayonunda baş verib. Məlumata görə oğul ata arasında mübahisəyə səbəb spirtli içki olub.

Xanəndə, atasını bıçaqlayaraq qətlə yetirib.

Hadisə gecə saatlarında paytaxtın Binəqədi rayonu Müşviqabad qəsəbəsində baş verib. Laçın sakini, 22 yaşlı Laçın Novruzov spirtli içki üstündə aralarında yaranmış mübahisə zəminində atası, 52 yaşlı Mehman Məmmədovla mübahisə edib. Mübahisə zamanı o, atasına bir neçə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Laçının Novruzovun sözlərinə görə, atası Mehman Məmmədov spirtli içki aludəçisi olub. Bu səbəbdən də ailədə tez-tez söz-söhbət yaranırmış. Ayın 4-də gecə saatlarında evə yenidən içkili gələn Mehman Məmmədov ailə üzvləri ilə dalaşıb. Elə hadisə də bu zaman olub.

Boyun nahiyyəsindən bir neçə bıçaq xəsarəti alan Mehman Məmmədov elə hadisə yerindəcə ölüb. Ata qatili olan Laçın Novruzov isə polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Saxlanılan Laçın Novruzov Asəf Zeynallı adına musiqi kollecində xanəndəliyi oxuyur. O, el şənliklərinə də xanəndə kimi gedir və Laçın Laçınlı kimi tanınır.

Faktla bağlı onun barəsində Binəqədi rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanılıb, istintaq gedir.

Xəbər lenti

Çox oxunanlar