Xəzər Xəbər

VİDEO: Milli it cinsi - QURDBASAR

Veb TV | 18:59 • 5 Yanvar 2017
VİDEO: Milli it cinsi - QURDBASAR

Azərbaycanın tanıdılması gərəkən əsas milli it cinsi var: Qurdbasar. Bu cins min illər boyu bizim kökümüzün, ata-babalarımızın həyat fəaliyyətlərində, təsərrüfat həyatında onların əvəz edilməz dostları olublar. Qurdbasarın yaşama regionu sırf Azərbaycan olub. Hazırda çox az sayda qalan bu itlərin tanıdılması ilə bir neçə gənc könüllü olaraq məşğul olur.

Hələ iki aylıq baladır. Amma inadkarlığı və döyüşə meylliliyi diqqət çəkir.

13-14 il yaşaya bilən Qurdbasarın əsas xüsusiyyəti təsərrüfatı, sürünü qorumağı, sahibinə qarşı sadiqliyi, pis niyyətli insanı hiss etməsidir. Ən vacibi isə qurda qarşı amansız olmasıdır. Qurdun iyini yüz metrlərlə məsafədən ala bilir.

Bu itlər qədər güclü və iri olur ki, arabanı at kimi darta bilirlər. Çoban olmadan belə sürünü tək başına 1 it qoruya bilir.

Hazırda ölkəmizdə 1500-ə qədər qurdbasar cinsi qalıb. Təəssüf ki, bu itlər çobanlər tərəfindən cins kimi tanınmır, sadəcə ümumi çoban iti kimi bilinir. Bu səbəbdən də itlər qarışdırılaraq cins olmaqdan çıxır. Bəs əsil qurdbasarı necə tanımalı?

Bir qrup gənc könüllü formada bu itlərin tanıtımını edir, sayının artmasına, yenidən təsərrüfatlara qaytarılmasına çalışır. Gələcəkdə isə bu cinsin Beynəlxalq Kinoloqlar Federasıyası tərəfindən tanınması üçün müraciət edəcəklər.

Xəbər lenti

Kərə yağı bahalaşıb VİDEO
20:39 • 11 Sentyabr 2024