Xəzər Xəbər

VİDEO: Nikah şahidi, yoxsa simvolik adət?

Veb TV | 20:16 • 5 Yanvar 2017
VİDEO: Nikah şahidi, yoxsa simvolik adət?

Nikah bağlanarkən sənəddə həm qadın, həm də kişi tərəfdən nikah şahid qismində 2 nəfər də həmin sənədi imzalayır. Ancaq maraqlıdır ki, onlar sənədi imzalasalar da nə məsuliyyətləri var, nə də öhdəlikləri. Maraqlıdır görəsən bəs onda nikah şahidliyinin mövcud olmasına səbəb nədir?

Onlar nikah mərasimlərinin ayrılmaz bir hissəsidir. Bəy və gəlinlə bərabər onlarda imza atırlar. Bəs onların hər hansı bir məsuliyyəti varm?

Hüquqşünas Xəyal Bəşirov isə bildirir ki, nikah şahidliyi qanunda tam könüllülük prinsipi əsasında öz əksini tapıb və bu prosesdə iştirak edənlarin imzası onları hər hansı bir məsuliyyət altında qoymur.

Yəni belə çıxır ki, bu daha çox simvolik xarakter daşıyır.

Amma dini nikahda isə belə bir tələb var. İlahiyyatçı Ağa Hacıbəyli bildirir ki, dini nilahın həyata keçirilməsi üçün şahidin olması şərtdir.

Amma bununla belə dini nikah şahidlərinin də ailənin gələcəyi ilə bağlı hər hansı bir məsuliyyəti yoxdur.

 

Xəbər lenti

Çox oxunanlar