Xəzər Xəbər

Atadan DƏHŞƏTLİ CİNAYƏT: Oğullarını ona oxşamadığı üçün öldürdü - VİDEO

Veb TV | 10:43 • 10 Avqust 2017
Atadan DƏHŞƏTLİ CİNAYƏT:

Türkiyənin Üsküdar adlanan ərazisində yaşayan G.Arslan adlı kişi 2 oğlunu öldürüb, birinə isə xəsarət yetirib.

Dəfələrlə ətrafdakı insanların "uşaqlar sənə heç oxşamır" sözlərinə qəzəblənən ata arvadının ona xəyanət etdiyini düşünərək uşaqlarını öldürmək qərarına gəlib.

Küçədə oğlu G.Əhməd, G.Şərəf və G.Orçünü bıçaqlayıb. Uşaqlardan ikisi hadisə yerində dünyasını dəyişib. Orçun adlı oğlanın vəziyyətinin ağır olduğu deyilir.

Polislər tərəfindən saxlanılan ata ifadəsində "illərdir həyat yoldaşımın məni aldatdığını düşünürdüm. Bəzi qohumlarım və dostlarım da uşaqların mənə bənzəmədiyini dediyi üçün əsəbləşdim və öldürdüm".

Faktla bağlı cinayət işi açılıb.


Publika.az

Xəbər lenti

Çox oxunanlar