2 gün əvvəl Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanan 13 yaşlı Ramil Yusifovun yaşadığı kənd və ona qonşu həmsərhəd kəndlər müətmadi atəşə tutulur. Əməkdaşlarımız həmin kənddə olub və sakinlərlə görüşüb. Sakinlər bildirib ki, ermənilər xüsusi ilə təssərrüfatla məşğul olan insanları hədəfə alırlar.
Erməni silahlı qüvvələri cəbhəyanı kəndlərdə mülki şəxsləri müətəmadi olaraq atəşə tuturlar.
2 gün əvvəl Tovuzun düşmənlə üzbəüz olan Qaralar kəndinin 13 yaşlı sakinin yaralanması bunun əyani sübutudur. ramin özü də deyir ki həyətdə olarkən gözləmdiyi halda atəşə məruz qalıb.
Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Ramil Yusifovun vəziyyyəti qənaətbəxşdir.
Qaralar kənd sakinlərinin sözlərinə görə, Düşmən ordusu kənd sakinlərinə əkin-biçin işlərini həyata keçirməkdə mane olmağa hətta hətəytdə adi məişət işləri zamanı belə atəşə məruz qalırlar. Hətta bir neçə gün əvvəl ermənistan sila qüvvələrinin atdığı güllələr yaşayış evlərinin dam örtüklərinə ziyan vurub.
sakinlər deyir ki silahlı qüvvələrimizin cavabından sonra onlar susdurulur. Atəşkəsin tez-tez pozulmasına baxmayaraq sakinlər heç nədən qorxmadıqlarını və ordumuza güvəndiklərini deyirlər.
Kənddəki toy-nişan mərasimləri də hər şeyin öz axarı ilə davam etdiyini göstərir.