"Azyaşlı uşaqların hədəfə alınması təsadüfü deyil. Düşmən, bilərəkdən silahını uşaqlara doğru çevirir".Ombudsman Elmira Süleymanovanın Ermənistanın son təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciətində belə deyilir. İki gün əvvəl Tovuzda 13 yaşlı Ramin Yusifovun vurulmasına münasibət bildirən hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov isə təxribatın Qarabağın ərazisi olmayan Tovuzda baş verməsini ermənilərin növbəti təxribatı adlandırıb.
Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa hücumları təxribat xarakteri daşıyır.
Belə olmasaydı 2 yaşlı Zəhranın qətlindən 1 ay sonra 13 yaşlı Tovuz sakini Ramin Yusifov elə öz evlərinin həyətində hədəfə alınmazdı. Ombudsman Elmira Süleymanova beynəlxalq təşkilatlara ünvanladığı müraciətində bildirib ki, dəfələrlə törətdiyi vəhşiliklər, xüsusilə azyaşlı uşaq və qadınları hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməsi cəzasızlıq mühitinin arxayınçılığını yaradıb.
Müraciət, BMT-nin müxtəlif qrumlarına və Baş Katibinə, YUNİSEF-ə, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə və müxtəlif ölkələrin ombudsmanlarına göndərilib. Bildirlib ki, Tovuz rayonunun Qaralar kənd sakini 13 yaşlı Ramin Yusifovun yaralanması işğalçı Ermənistanın yürütdüyü davamlı terrorizm siyasətinin tərkib hissəsidir.
Ekspertlər isə, ermənilərin növbəti vəhşiliyini düşdükləri çıxılmaz vəziyyətlə əlaqələndirlər. Bu ölkədə hökm sürən qeyri-stabil və xaotik vəziyyət əhalidə narahatlıq yaradıb. Kürsülərini itirmək qorxsusu ilə yaşayan hökümət üzvləri xalqın gözündən pərdə asmaq üçün təxribata əl atırlar. Xüsusilə azyaşlı uşaqları və qadınları hədəfə alaraq Azərbaycan tərəfini qıcıqlandırmağa çalışırlar. İşğal olunmuş ərazilərdə ermənilərin mülki şəxsi olmadığına görə onlar sərhəd boyu ərazidə bu cür təxribatlara əl atırlar.
Qarabaq ərazisi olmayan Tovuzda təxribat törətmək, lə ermənista bir növ daxildə olan narazılıqların da qarşısını almağa çalışır. belə ki bir çox erməni anaları dəfələrlə övladlarının qarabağda qırılmağının əleyhina qalxıblar onlar bununla müharibənin təkcə qarabağda getmədiyini göstərmək istəyirlər. amma bu əməlləri onlar üçün yaxşı heç nə vəd etmir.
Hərbi ekspert
deyir ki, bu hadisələri beynəlxalq qurumlar ciddi araşdırmalı və mümkün
aktiv müharibə zamanı məsuliyyətin kimin üzərinə düşdüyünü ədalətli müəyyənləşdirməlidirlər.