Xəzər Xəbər

Nazirlik restoran sahibinə 57 min manatlıq cərimə yazdı VİDEO

Veb TV | 20:55 • 9 Avqust 2017
Nazirlik restoran sahibinə 57 min manatlıq cərimə yazdı

Bakıda bir restoranın ərazisində ağacların məhv edilməsi faktı aşkar edilib. Buna görədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin restoranın sahibi böyük məbləğdə cərimə olunub. Ancaq, restoran sahibi deyilən iddialarla razılaşmır və ağacların kəsilməsi üçün nazirlik tərəfindən rəy verildiyini bildirir.

Bakıda ağacları məhv edən restoran sahibi 57 min 360 manat miqdarında cərimə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən binəqədi rayonu biləcəri qəsəbəsində yerləşən "bulaq" restoranının ərazisində ağacların kəsilməsiməsi faktı aşkar edilib. Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyir ki,əraziyə baxış keçirilən zaman 67 ədəd eldar şamının quruköküstə vəziyyətdə olduğu və 2 ağacın kəsilmiş kötükləri aşkar edilib.

Buna görədə restoranının sahibi barəsində akt tərtib olunub və yaşköküstə olmuş 69 ağacı məqsədli şəkildə məhv etdiyinə görə ona 57 min 360 manat məbləğində ziyan tətbiq edilib.

Adı çəkilən restoranın məsul şəxsi Yaşar Həsənov isə səsləndirilən iddialarla razılaşmayaraq bildirir ki, ərazidə həqiqətən də bir neçə ağac qurumuş vəziyyətdədir və onların kəsilməsi üçün Bakı Yaşıllaşdırma təsərrüfatı birliyinə müraciət olunub. Oradan isə Ekologiya və təbii sərvətlər nazirliyinə məktub göndərilib və nazirlikdən müsbət rəy verilib. Kəsilən ağacların yerində bir neçə ağac da əkilib.

Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev isə bildirdi ki, ağacların qurudulması ilə bağlı nazirliyə şikayyət daxil olandan sonra həmin rəy avqusutun 4-də ləğv edilib.


Xəbər lenti

Çox oxunanlar