Xəzər Xəbər

Prezident İlham Əliyev "Sovetski"də açılış etdi VİDEO

Veb TV | 20:49 • 9 Avqust 2017
Prezident İlham Əliyev "Sovetski"də açılış etdi

Prezident İlham Əliyev Yasamal rayonunun keçmis "Sovetski" ərazisində yenidən qurulan "Statistika" dairəsinin, Nəriman Nərimanov prospektinin və Abdulla Şaiq küçəsinin açılışında iştirak edib. Dövlət başçısına yolların texniki göstəriciləri haqqında məlumat verilib.

Paytaxtın keçmiş "Sovetski" ərazisində yeni yollarin çəkilməsi, yaşıllaşdırma və abadlq işlərini 26 hektar ərazidə həyata keçirilib. Ümumi uzunlugu 7 kilometrdən çox olan Nəriman Nərimanov prospekti, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəaga Əliyev və Füzuli küçələrinin yenidən qurulması artıq yekunlaşıb

Prezident İlham Əliyev yolların rəmzi açılışını bildirən lenti kəsib. Nəriman Nərimanov prospektinin yenidən qurulması zamanı hərəkət zolaqlarının sayı 4-ə çatdırılıb. Abdulla Şaiq küçəsi isə 3 hərəkət zolağından ibarətdir. Layihə çərçivəsində 169 yol nişanı quraşdırılıb. Paytaxt əhəmiyyətli bu layihənin icrasi zamani su, kanalizasiya, yağış sularının axıdılması, qaz, rabitə, elektrik və digər yeraltı kommunikasiyalarının tikintisi həyata keçirilib. Yenidən qurulan yollarin üzərində 9 yerdə avtobus dayanacağı quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb

Daha sonra Prezident İlham Əliyev yenidən qurulan "Statistika" dairəsində görülən işlərlə tanış olub. Dövlət başçısı burda Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mikayıl Müşfiqin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Statistika dairəsində yenidənqurma işlərinin ən əhəmiyyətli hissəsi dairənin ləğv olunmasıdır. Bu, hərəkətin intensivliyinin və təhlükəsizliyinin təmin olunmasına geniş imkanlar açıb. İndi həmin yerdə yaşıllıq zolağı salınıb.

Prezidentə məlumat verilib ki, keçmis "Sovetski" adlanan ərazidə yeni yolların çəkilməsi ilə bağlı görülən işlər Bakının yol-nəqliyyat infrastrukturunun müasir səviyyədə qurulmasında xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Füzuli küçəsindəki parkla Akademik Milli Dram Teatrının arxasında yaradılacaq parkın əlaqələndirilməsi, Füzuli meydanındakı dairədə hərəkətin bağlanması, həmçinin Mirzəağa Əliyev və Füzuli küçələrindən istifadə etməklə Səməd Vurgun küçəsi və Nəriman Nərimanov prospekti arasinda nəqliyyatin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

Ümumilikdə, yenidən qurulan prospekt və küçələr boyunca 6 min kvadratmetrdən çox ərazidə yaşıllıq salınıb və suvarma sistemi qurulub.


Xəbər lenti