Xəzər Xəbər

Yararsız avtobuslar xətdən çıxarılacaq Tapşırıq verildi - VİDEO

Veb TV | 20:51 • 9 Avqust 2017
Yararsız avtobuslar xətdən çıxarılacaq

Nasaz avtobuslar Bakıda sərnişindaşımadan kənarlaşdırılacaq. Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərin qarşısına bunu şərt qoyub. İlin sonuna kimi nasaz avtobusları olan xətlərin lisenziyası geri alınacaq. Artıq bir neçə xəttin sahibi nasaz avtobusları xətdən kənarlaşdıraraq təmirə saxlayıblar.

Birinin təkərləri, digərinin isə salonu təmir edilir.

Görüntülər paytaxda 35 və 81 saylı marşurut avtobusunun istehsalat bazasındandır.

Bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyi daşıyıcılar qarşısında öhdəlik qaldırmışdı ki, sərnişindaşımadakı nasaz avtobuslar saz vəziyyətə gətirilsin. Bu məqsədlə artıq bəzi daşıyıcı şirkətlər avtobuslarda əsaslı təmir işlərinə başlayıb.

Bakı Nəqliyyat Agentliyinin bir qrup əməkdaşı təmir olunan və təmirə dayanan 35 və 81 saylı avtobuslara baxış keçirbilər. Qurumun sektor müdri Mais Ağayevin sözlərinə görə, ötən il qoyulan tələbə əsasən 320 ədəd avtobus yenilənib.

Belə əsaslı təmirdən sonra agentliyin mütəxəssisləri həmin avtobuslara yenidən baxış keçirilər. Əgər normaldırsa onların sərnişindaşımasına icazə verilir.


Xəbər lenti