Xəzər Xəbər

Sakinlərə hücum edən canavar quduz çıxdı - Yırtıcı heyvanlar kəndə soxulmağa davam edir - VİDEO

Veb TV | 20:52 • 9 Avqust 2017
Sakinlərə hücum edən canavar quduz çıxdı -

2 gün əvvəl Ağsuda kəndə hücum edərək sakinlərə xəsarət yetirən canavarla bağlı laboratoriya analizlərinin nəticələri məlum olub. 2 nəfəri yaralayan canavarın quduz olduğu müəyyənləşib. Sakinlərin sözlərinə görə, həmin hadisədən sonra da yırtıcılar bir neçə dəfə kəndə soxulublar.

Kəndə hücum edərək 2 nəfəri yaralayan canavar quduz çıxdı.

2 gün əvvəl canavarlar Ağsunun Padar kəndinə hücum edərək kənd sakinləri Fikrət Şeydayevə və Həsrət Qurbanova hücum edərək ciddi xəsarət yetirib. Onlardan biri Mingəçevir, digəri isə Ağsu rayon Mərkəzi xəstxanasına yerləşdirilib. Ağsu baytarlıq idarəsinin əməkdaşları da əraziyə baxış keçiriblər. Canavarın başı kəsilərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Artıq müayinələrin nəticələri məlum olub. Sakinlərə hücum edən canavarın quduz olduğu müəyyənləşib.

Canavar hücumu nəticəsində ağır bədən xəsartələri alan Həsərt Qurbanov Ağsu Rayon Mərkəzi Xəstxanasında nəzarətdə saxlanılır. Xəstənin vəziyyəti qənaətbəxşdir.

Sakinlərin sözlərinə görə, həmin hadisədən sonra da canavarlar kəndə yenə hücum ediblər.

Sakinlər deyirlər ki, yırıtıcılar günün istənilən saatında kəndə soxularaq heyvanlara, və insanlara hücum edir. Həmin yırtıcıların da quduz olmasından narahatdırlar.


Xəbər lenti

Çox oxunanlar