Xəzər Xəbər

"Xəzər TV" adından vətəndaşı aldatdılar: "Pul alıb, efirə çıxardacam desə də..." - VİDEO

Veb TV | 14:37 • 9 Avqust 2017
"Xəzər TV" adından vətəndaşı aldatdılar:

Hörmətli tamaşaçılar. Xəzər televiziyasına olan etimad və yüksək reytinqi bəzi dələduzları hərəkətə keçirib. Beləki, televiziyamızın adından istifadə edib vətəndaşları aldadırlar. Belə bir fakt paytaxtda fəaliyyət göstərən gəlinlik mağazasında baş verib.

Mağazaya daxil olub özünü televiziyamızın əməkdaşı kimi təqdim edir.Daha sonra guya Xəzər TV-də yeni yayımlanan bir layihə üçün gəlinlik çəkilişi ilə bağlı danışıqlara başlayır.

Hələ bu azmış kimi çəkiliş qarşılığında hətta mağaza sahibəsindən müəyyən bir pulda tələb edir.Paytaxtda televiziyamızın adından istifadə edərək özlərinə pul qazanan dələduzlar peyda olub.

Mağaza sahibəsinin sözlərinə görə həmin şəxs onlardan pul tələb edib.

Mağaza əməkdaşının sözlərinə görə həmin şəxsin nə çəkilin avadanlığı olub nədə ki, hər hansı bir sənət təqdim edib.

Bütün bunlar isə mağazada quraşdırılmış videokamera tərəfindən çəkilib. Tamaşaçılarımızdan xahiş edirik belə mövzularda ayıq olsunlar, əgər hər hansı bir şəxs sizə yaxınlaşarsa onlardan sənəd tələb etsinlər. Əgər hər hansı bir neqativ hal baş verərəsə o zaman həm hüquq mühafizə orqanlarına, həmdə şirkətimizə dərhal bu barədə məluat versinlər.


Xəbər lenti

Çox oxunanlar