ABŞ-ın Florida ştatındakı Palm-Biç şəhərində yaşayan Eş Ruis çox sevdiyi nənəsi Cinin 98 yaşını mahnı ilə təbrik edib.
Milovqe.az bildirir ki, 98 yaşlı nənəsinin yanına yollanan Eş çarpayıdakı ahıl qadın üçün Nat Kinq Koulun məşhur "Unforgettable" mahnısını ifa edib.
"İndiyədək hər il nənəmin ad gününü ona zəng vurub mahnı oxumaqla təbrik edirdim. Bu dəfəsə onun yanına yollandım. Nənəmin 98 yaşı tamam olub. Xəstədir, çarpayıdadır. Mahnı oxuyanda çox sevindi. Bu mahının 8 yaşım olanda nənəm mənə öyrətmişdi", - Eş Ruis söyləyib.
San Poynt Drayva yollanmış Eşin nənəsi mahnını dinləyərkən kövrəlib, göz yaşlarını silərək nəvəsini dinləyib.
Milli.Az