Xəzər Xəbər

İki gün boyunca tabutdan canlı yayım etdi VİDEO

Veb TV | 11:18 • 9 Avqust 2017
İki gün boyunca tabutdan canlı yayım etdi

İsveçin paytaxtı Stokholm şəhərinin yaxınlığında yerləşən Södertelje bölgəsinin fenomeninə çevrilən Musa Küçükkaya qəribə rituallar həyata keçirir.

O, sonuncu dəfə iki gün torpağa basdırılmış tabutda qalıb və oradan canlı yayım edib.

Musa iki gün tabutda sadəcə su ilə qidalanıb. Dünyaya geri qayıtdıqdan sonra "növbəti dəfə tabuta girərəkən ölmüş olmağı üstün tutaram” deyib.

Musa daha əvvəl də 1 ay boyunca küçələrdə yaşayıb yardıma ehtiyacı olan insanlar üçün pul toplayıb. O, bu məqsədlə həm xlostrofobiya problemini həll etməyə çalışıb, həm də yalnız yaşayan insanlar üçün parti təşkil edib.


publika.az

Xəbər lenti

Çox oxunanlar