Avqustun 8-də gündüz saatlarında
cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin
kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə
mövqelərimizə basqın etməyə cəhd göstərib.
Azərbaycan Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində geri
çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv
edilib.
Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.