Prezident İlham Əliyev türkmənistalı həmkarı Qurbanqulu Berdiməhəmmədovu rəsmi mərasimlə qarşılayıb.
Bunun ardından əvvəl dövlət başçıları təkbətək görüş keçiriblər. Görüşdə dövlət başçıları bu səfərin əhəmiyyətini vurğulayaraq bunu iki ölkə arasında əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndiriblər.
Daha sonra prezidentlər arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olub. Görüş zamanı prezident İlham Əliyev bildirib ki, xalqlarımız həmişə dostluq, mehriban qonşuluq şəraitində yaşayıblar və bu gün iki müstəqil dövlət kimi əməkdaşlığımız yeni səviyyəyə qalxıb. Qurbanqulu Berdiməhəmmədov da çıxışında vurğulayıb ki,indiki şəraitdə ölkələrimiz nüfuzlu beynəlxalq təskilatlar - BMT, ATƏT, İƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı gücləndirməlidirlər.
Səfər çəçivəsində iki ölkə arasında bir sıra sənədlər də imzalanıb. Bu sənədlər iki ölkə arsında müəlliflik hüququ və əlaqəli hüquqlarin qorunmasi, sənaye mülkiyyətinin mühafizəsi, mülki müdafiə, fövqəladə halların qarşısının alınması, ətraf mühitin mühafizəsi, mədəniyyət və energetika sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Dövlət başçılarının imzaladığı strateji tərəfdaşlıq haqqında birgə bəyannamə isə özünün siyasi və iqtisadi əhəmiyyəti ilə xüsusi seçilir.
Bunu imzalnma mərasimindən sonra mətbuat üçün birgə bəyanat zamanı prezident İlham Əliyev xüsusi vurğulayıb.
Dövlət başçısı bildirib ki, səfər zamanı bir çox sahələr ətrafında geniş fikir mübadiləsi olsa da nəqliyyat və energetik məsələləri xüsusi diqqət mərkəzində olub. Bu məsələlərdə hər iki dövlətin həmfikir olması isə tərəflərə böyük fayda gətirəcək.
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov da bildirib ki, ölkələr arasında bütün sahələrdə xüsusilə nəqliyyat və energetika sahələrində birgə layihələrin icrası üçün hər cür potensialın var
Dövlət başçıları bildirib ki, Türkmənistan ilə Azərbaycan arasında əməkdaşlıq bütün istiqamətlər üzrə durmadan inkişaf edəcək. Bu, iki ölkənin və xalqın uzunmüddətli maraqlarına cavab verməklə bərabər beynəlxalq proseslərin müsbət inkişafına da təkan verəcək.