Xəzər Xəbər

BAKIDA TÜKÜRPƏDƏN HADİSƏ: Dayənin uşağa qarşı rəftarı KAMERALARA düşdü - VİDEO

Veb TV | 20:54 • 8 Avqust 2017
BAKIDA TÜKÜRPƏDƏN HADİSƏ:

Körpənizi dayəyə etibar etməzdən əvvəl yaxşı-yaxşı düşünün. İndi təqdim edəcəyimiz kadrları gördükdə siz də dəhşətə gələcəksiniz. Bakıda bir dayənin körpəyə qarşı kobud rəftarından danışacağıq. Dayə seçərkən nələrə diqqət etmək lazımdır?

Körpə qışqırır, dayə isə öz işi ilə məşğuldur

Uşaq ağlasa da ona fikir vermir. Uşaq daha çox ağladıqda isə onun üstünə qışqırır. Hələ bu azmış kimi uşağın qolundan tutaraq onu sürüməyə başlayır.

Bakıda daha bir dayə zorakılığı kameraya düşüb. Dayənin uşağa qarşı etdiyi hərəkətlər anbana lentə alınıb.

Psixoloqlara görə dayələrin belə qəddar rəftarı uşaqlara pis təsir edir. Hətta onlarda sağalmaz xəstəliklərə də yol aça bilər. Sosioloqlar isə uşaqlığında zorakılığa məruz qalanların fərd kimi formalaşmasının çətin olduğunu deyirlər. Onlar yeniyetməlik yaşında cəmiyətə inteqrasiya etməkdə çətinlik çəkirlər.

Sosioloqun sözlərinə görə bu poblemin həlli üçün ən yaxşı metod dayə insitutunun formlaşmasıdır. Çünki vahid bir məkan olsa dayələr psixaloji testlərdən keçdikdən sonra işə götürüləcəklər. Dayə problemi ortaya çıxdıqda isə valideynlər şikayət etməyə məkan tapacaqlar.

Videodakı dayə bu hərəkətinə görə cinayət məsuliyyəti daşıyır. O, 3 min manatdan 4 min manata kimi cərimə edilə və 2il müddətə hər hansı bir fəaliyyətlə məşğul olmama, həmçinin 2 il müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırla bilər.


Xəbər lenti