Yol polis sürücünü saxladıb, sənədlərini yoxlayarkən sürücü və ya onun yanındakı sərnişin dərhal mobil telefonla polisi çəkməyə başlayır. Son vaxtlar belə hallara görə polislə sürücülər arasında mübahisələr tez-tez baş verir. Növbəti belə bir fakt İsmayıllı-Qəbələ yolunda olub. Bəs qanun belə yerdə nə deyir. Sürücü və ya onun sərnişini polisi telefonlə və yaxudda kamera ilə çəkə bilər?. Sualımızı ekspertlər cavablandırıb.
Yol polisi onu çəkən sürücüyə mane olur. Çəkilişi dayandırması üçün fiziki müdaxilə edir.
Görüntülər İsmayıllı-Qəbələ yolundandır. Dövlət Yol Polisinin əməkdaşı ilə sürücü arasında mübahisə düşüb.
Məlumata görə, sürücü iddia edir ki, yol polis əməkdaşı onları düz yolda ötmə əməliyyatı etdiklərinə görə saxlayıb. Onlar inspektordan qayda pozduqlarını sübut etməsini istəyiblər. Sürücünün sənədlərini polisə verməməsi inspektoru əsəbiləşdirib. O, çəkiliş zamanı kameranı vurub.
Son günlər yol polisi ilə sürücülər arasında belə hallara tez-tez rast gəlinir. Sürücülər və ya onların yanındakı sərnişinlər yol polisini xidmət başında xüsusi ilə də onları saxlayan zaman çəkir və videonu sosial şəbəkələrdə paylaşırlar. Bəs qanunla necə, sürücünün və yaxudda onun yanındakı sərnişinin polisi çəkib paylaşması düzgündürmü? Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, hər bir vətəndaş mobil telefon və yaxudda kamera vasitəsi ilə polisi çəkə bilər. Burda heç bir qanun pozuntusundan söhbət gedə bilməz.
Ekspert deyir ki, polis bu cür çəkilişlərə fikir verməməlidir. Əksinə o, sürücüyə pozduğu qaydanı ətraflı izzah etməklə protakolunu yazıb yola salmaldır.
Qeyd edək ki, istənilən patrul avtomobilindəki kameralar və polisin xüsusi cihazı da sürücünü həm çəkə, həm də səsini aydın yazaa bilir.