İraqın Tiqrit şəhərində 2014-cü ildə İŞİD terrorçuları tərəfindən öldürülən 550 insanıncəsədi tapılıb. Səlahiyyətlilər bölgədə daha çox cəsədin basdırıldığını iddiaedirlər.
İraqın Tiqrit şəhərində İŞİD-in törətdiyi dəhşətli terror aktları nəticəsində ölən şəxslərin basdırıldığı kütləvi məzarlardan biri tapılıb. Qazıntılar zamanı kütləvi məzarlıqdan 550 cəsəd çıxarılıb. İraq məhkəmə tibbi ekspertizasının səlahiyyətliləri, cəsədlərin İŞİD-in şəhərdə yerləşən ABŞ-ın keçmiş hava qüvvələrinə məxsus "Speicher" düşərgəsində öldürdüyü iraqlılara aid olduğunu açıqlayıb.
Haşdi Şabinin qocaman komandirlərindən Muin Kazimi" 550 qurbanın ailələrinə xəbər verdik. Cəsədlərin 200-ündə DNT testi ediləcək" ifadələrini işlədib./milli.az