Almaniyanın Münhen şəhərində Devid Benjamin adlı şəxs hər gün işə üzərək gedir.
40 yaşlı Benjamin ictimai nəqliyatdan
istifadə etməkdən yorulduğunu və bunu daha əyləncəli nəqliyatla əvəz
etdiyini deyib.
O, artıq iki ildir ki, işə evinin yaxınlığından axan İzar Çayı ilə
üzərək gedir. İşdə geyindiyi paltarı və istifadə etdiyi noutbuku su
keçirməyən çantada gəzdirir.
Benjamin deyir ki, üzgüçülük onun əsəb sisteminə müsbət təsir edir. O, artıq əsəblərinə hakim olmağı bacarığını söyləyib.
Münhen sakini çay boyu iki kilometr üzdükdən sonra işə çatır. Hər gün bu
rejimə əməl edən Benjamin iş yerinə çatandan sonra paltarını dəyişərək
fəaliyyətə başlayır.
Onu da qeyd edək ki, Benjamin çaya girməmişdən əvvəl təhlükəsizliyi ilə əlaqədar çayın axın sürətini və temperaturunu yoxlayır./azvision.az