Xəzər Xəbər

Bina qəzalı vəziyyətdə də olsa, layihəyə salınmır VİDEO

Veb TV | 21:34 • 6 Avqust 2017
Bina qəzalı vəziyyətdə də olsa, layihəyə salınmır

Ətrafdakı əksər binalar layihə salınsa da 3 mərtəbəli bu yataqxana pilot layihəyə salınmır. Paytaxtın Nərimanov rayonu Əliyar Əliyev ünvanında yerləşən yataqxananın sakinləri yaşadıqları binanın pilot layihəyə salınaraq yenidən tikilməsini istəyirlər. Sakinlər deyir ki,qəzalı vəziyyətdə olan bina uzun müddətdir ki ,təmir olunmadığından yararsız vəziyyətə düşüb.

Ümumilikdə 40 ailənin yaşadığı binaya yerli tikinti şirkətləri tərəfindən bir neçə dəfə baxış keçirilib.Lakin sakinlərlə konkret heçnə razılaşdırılmayıb.

Buradakı mənzillərin hər biri 18-20 kvadratdan ibarətdir. Pilot layihələrdə isə nəzərdə tutulub ki, yeni inşa edilən binalarda hər bir mənzil sahibinə əvvəlkindən 25*30 faiz artıq sahəsi olan mənzillər verilsin.

Elə problemin kökündə də bu durur. yeni şəhərsalma standartlarına görə mənzillərin Minimum sahəsi 48 kvadratmetr olmalıdır. yəni bu bina söküləcəyi təqdirdə inşa olunacaq binada ən kiçik sahəli mənzili 48 kvadrat metr ola bilər. Bu isə buradakı hazırkı evlərin sahəsindən nəyinki 25*30 faiz iki dəfədən də böyükdür. Nərimanov rayon icra hakimiyyətindən bildirilib ki tikinti şirkətləri ilə sakinləri ortaq məxrəcə gətirmək üçün dəfələrlə ərazidə olunub və cəhd göstərlib. Tikinti şirkətləri 30 kvadrata qədər sakinlərə verməyə hazıdı. Halbuki bu onların hazırkı mənzillərinin sahəsindən 50-60 faiz çoxdur. Amma yerdə qalan sahənin maya dəyərinin sakinlərin ödəməsini istəyirlər. Sakinlər bununla razılaşmadığı üçün. İcra hakimiyyətindən bildirilir ki,tikinti şirkəti kvadratı 1500 manatdan olmaqla mənzilləri sakinlərdən almağı da təklif edib amma bu barədə də razılığa gəlinməyib. Bununla belə rayon icra hakimiyyəti sakinlərlə tikinti şirkətləri arasında ortaq məxrəcə gəlinməsi və bu binanın da pilot layihəsinə salınması üçün hər iki tərəfləın iştirakı ilə danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb.

" frameborder="0" allowfullscreen>

Xəbər lenti

Çox oxunanlar