Avqustun 5-də ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb. 25 iyul-5 avqust tarixlərində keçirilən imtahanlarda 40 minə yaxın namizəd iştirak edib. Onların arasından 3-ü qadın, biri isə kişi olmaqla 4 nəfər ən yüksək nəticə göstərib. Əməkdaşımız həmin müəllimlərdən bir neçəsi ilə həmsöhbət olub.
Paytaxtdaki həmkarlarını qabaqlayaraq ən yüksək nəticə göstərdilər. Müəllimlərin işi qəbulu imtahanında bütün suallara doğru cavab yazdılaR. Ən yüksək nəticə göstərən 4 namizəddən ikisi dağlıq bölgələrimizdəndir.
Onlardan biri Aybəniz Əsgərovadır. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirən Aybəniz iki il Gedəbəydə dərs deyib. İmtahanın nəticələrindən sonra özünə inamı bir az da artan gənc müəllimə hazırda Bakıya yerdəyişmə etmək istəyir.
Digər bir 60 bal toplayan müəllim isə 23 yaslı Nuranə Yusiflidir. Şəkinin Turan qəsəbəsində yaşayan müəllimə ikinci dəfə şansını sınadıqdan sonra ən yüksək nəticəyə nail olub.Bundan sonra o kimya müəlliməsi kimi fəaliyyətə başlayacaq.
İyulun 25-dən start verilən imtahanlarda indiyədək 30 minə yaxın namizəd iştirak edib. İmtahana bu gün yekun vurulub.