Xəzər Xəbər

Zibilliklərdə NATƏMİZLİK: Çirkli sular insanların gediş-gəlişini çətinləşdirir - VİDEO

Veb TV | 20:51 • 5 Avqust 2017
Zibilliklərdə NATƏMİZLİK:

Qarpız, yemiş kimi məhsulların çox yeyildiyi, habelə maye tərkibli qidaların daha çox istifadə edildiyi yay aylarında zibilliklərə daha çox qoxu verəntullantılar atılır. Zibilin suyu isə təbii ki, qablardan ətrafa töküləndə xoşagəlməz qoxu və natəmizliklər çoxalır. Buna görədə zibil daşıyan maşınlar zibil qablarını boşaldarkən zibilin suyunun kənara tökülməməsinə çalışmalıdır. Tullantıları daşıyan bəzi işçilər isə öz işlərini keyfiyyətlə görmədiyi üçün, zibil qablarının ətrafında qyed etdiyimiz mənzərə yaranır.

Zibil yeşikləri ətrafında çirkab su gölməçələri yaranıb. Zibil qablarından axan çırkli su bəzən piyada səkisi və yolların üzərinə yayılır.İnsanların gediş-gəlişini çətinləşdirməklə yanaşı, ərazidən pis qoxu gəlir.

Belə mənzərələrlə paytaxtın bir çox yerilərində quraşdırılmış zibil yeşiklərinə yaxın ərazilərdə qarşılaşmaq mümkündür. Məsələn bura Həzi Aslanov metro stansiyasının yaxınlığıdır.

Bura isə Yasamal rayonu, Şərifzadə küçəsidir. Zibil yeşiklərindən axan sular sözün əsl mənasında piyada səkisini keçilməz edib. Çirkli sular metrlərlə ərazini cənginə alıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirir ki, həmin tullantılar vaxtı-vaxtında ərazi üzrə mənzil komunal istismar sahələri tərəfindən daşınıb, yeri dezinfeksiya edilməlidir. Əksə halda çirkli suların yığılması kəskin infeksiyaların yayılmasına səbəb ola bilər. Ziyəddin Kazımov həmçinin dedi ki, ötən müddət ərzində sanitar epidemiologiya rejiminin pozulmasına görə, 6 məsul şəxs inzibati xətalar məcəlləsinə uyğun olaraq 100-200 manat məbləğində cərimələnib. Əgər sakinlər belə problemlə qarşılaşarsa, Gigiyena və Epidemiologiya mərkəzinə müraciət edə bilərlər.

Məsələ ilə bağlı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xətai rayonunda yerləşən idarəsi ilə də əlaqə saxlamağa çalışdıq. İş günü olmadığı üçün müsahibə ala bilməsək də, öyrənə bildik ki, zibil yeşiklərinin ətrafında gölməçələrin yaranmasının əsas səbəblərindən biri zibil maşınlarıdır. Belə ki, hər bir zibil maşınında zibil sularının yığılması üçün xüsusi qazanlar olmalıdır. Ancaq hazırda xidmət göstərən əksər zibil maşınlarında bu qazanlar yoxdur.


Xəbər lenti

Çox oxunanlar