Xəzər Xəbər

Özü armuda bənzəyir: amma üzərində qarpız və yemişin cizgiləri var - VİDEO

Veb TV | 20:50 • 5 Avqust 2017
Özü armuda bənzəyir:

Yevlax sakininin yetişdirdiyi bostan bitkisi görənlərin marağına səbəb olur. Suvenir kimi istifadə edilən bitkinin özü armuda bənzəyir. Üzərində isə qarpız və yemişin cizgiləri var.

Özü armuda bənzəyir, amma üzərində qarpız və yemişin cizgiləri var.

Yevlax sakini Cavid Gülalıyev özünə məxsus sahədə maraqlı bitki becərib. Təsərüffat sahibi xaricdən gətirilən toxumu əvvəl istixanada yetişdirib. Aprel ayında isə açıq sahələrə köçürülən şitillər 2 ay sonra bar verib.

Meyvələri armuda bənzədiyindən rayon sakini bitkini "armudabənzər" adlandırıb. Görənlərin marağına səbəb olan bostan bitksi yemək üçün yox, suvenir kimi istifadə edilir.

Çəkisi təxminən 200 qram olan "armudabənzər" iyulun sonuna qədər çiçək açıb bar verir. Məhsuldarlığı da çox yüksəkdir.

Həm yerli, həm də xarici turistlərin diqqətini çəkən bitkinin satışı əsasən yol kənarlarında həyata keçirilir. "Armudabənzər"-in qiyməti 50 qəp -1 manat arasında dəyişir və gün ərzində 50 ədəddən artıq satılır. Təsərüffat sahibi gəlirli və xəstələyə davamlı olduğu üçün armuda bənzəyən bitkini növbəti illərdə geniş sahələrdə yetişdirməyi planlaşdırır.

Xəbər lenti

Çox oxunanlar