Xəzər Xəbər

Bu cərimə meydançası OD TUTUB YANDI MAŞINLARA ZİYAN DƏYDİ - VİDEO

Veb TV | 20:57 • 5 Avqust 2017
Bu cərimə meydançası OD TUTUB YANDI

Bakıda cərimə meydançasında yanğın olub. Hadisə zamanı bir avtomobil yanıb,ikisinə isə zərər dəyib. Yanğına səbəb nə olub? Ətraflı növbəti süjetmizdən biləcəksiniz.

Cərimə meydançasında yanğın olub, maşınlara ziyan dəyib. Hadisə Xətai rayonu Yusif Səfərov küçəsindəki Baş Dövlət Yol Polis idarəsinə məxsus Siqnal İdarəsinin 6 saylı cərimə meydançasında baş verib.

Bir gün əvvəl şəhərdə dayanma və durma qaydasını pozduğuna görə saxlanılaraq cərimə meydançasına gətirilən 10-KP-486 dövlət nömrə nişanlı ''Pikap''da qəfildən yanğın baş verib. Cərimə meydançasının əməkdaşları dərhal alova müdaxilə etmək isətəsələr də yanğının miqyası tez bir zamanda böyüyüb.

Hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə bölməsinin canlı qüvvəsi və yanğınsöndürənlər alovun qarşısını alıblar. Buna baxmayaraq avtomobil yanaraq yararsız hala düşüb.

Yanğın nəticəsində həmin avtomobilin yaxınlığında olan ''Ford '' və''Toyota '' markalı maşınlara da ziyan dəyib. Cərimə meydançasından aldığımız məlumata görə, hadisəyə sürücünün məsuliyyətsizliyi səbəb olub. Belə ki, özəl şirkətlərdən birinə məxsus olan həmin avtomobilin yük yerində xüsusi kimyəvi maddə olub. Maşın bir gün cərimə meydançasında günəş altında qaldığı üçün maddələrdə qızışma olub və buna görə də yanğın baş verib.

Hüquqşünas Xəyal Bəşirov deyir ki, avtomobilində kimyəvi maddə daşıyan sürücü məsuliyyətsilik edib. Əgər bu məsuliyyətsizliyi sübuta yetirilərsə onu cinayət məcəlləsinin 187-ci yəni, özgənin əmlakını ehtiyatsızlıqdan məhv etmə və ya zədələmək maddəsinə görə 2 min manatdan 3 min manata qədər cərimə və 6 ayazadlıqdan məhrumetmə cəzası gözləyir. Odur ki, xüsusən də bu cür maddələr daşıyan sürücülər belə məsələlərdə diqqətli olmalıdırlar.

Xəbər lenti

Çox oxunanlar