Xəzər Xəbər

İti yoxa çıxan uşaq 10 gündür dayanmadan ağlayır VİDEO

Veb TV | 20:56 • 30 İyul 2017
İti yoxa çıxan uşaq 10 gündür dayanmadan ağlayır

11 yaşlı Aydın Zəkiyevin iti parkda gəzdirərkən yoxa çıxıb. Heyvana çox bağlı olan Aydın onu itirəndən bəri dayanmadan ağlayır. Ailəsi uşağın bu vəziyyətindən narahatdır. Onun depressiyaya düşəcəyindən ehtiyyatlanan valideynləri "XəzərXəbər”ə müraciət edib ki, bəlkə iti tapanlar onu geri qaytara.

11 yaşlı Aydın Zəkiyev 10 günə yaxındır dayanmadan ağlayır. Buna səbəb saxladığı itin yoxa çıxmasıdır.

O Abşeron rayonu Xırdalan şəhərindəki parkda oynayarkən itini itirib. Elə o gündən dayanmadan ağlayır və itini istəyir. Valideynləri ona yeni it alsalar da, Aydın deyib ki, ancaq öz itini istəyir. Valideynləri onun sakitləşmədiyini görüb "XəzərXəbər”ə müraciət ediblər ki, bəlkə iti tapanlar gətirib onu geri qaytara.

Valideynləri Aydının depressiya qapılmağından narahatdırlar. İnanırlar ki, iti tapanlar gətirib Zəkiyevlər ailəsinə təhvil verəcəklər.


Xəbər lenti

Çox oxunanlar