Ağsu sakini 9 aya yaxındır ki , yoxa çıxıb. Ailə üzvlərinin sözlərinə görə, onun xarici pasportu olmayıb. Evdən gedəndə də şəxsiyyət vəsiqəsini və mobil telefonunu götürməyib. Onun axtarışı ilə bağlı rayon polis şöbəsinə də müraciət olunub, ancaq bu günə qədər bir xəbər yoxdur.
İki uşaq atası naməlum şəraitdə yoxa çıxıb.
Ağsu rayonunun Qaraqaşlı kənd sakini, 31 yaşlı Araz Rəsulovdan 9 aya yaxındır kı səs-soraq yoxdur. O, sonuncu dəfə 2016-cı ilin noyabr ayının 3-də səhər saatlarında evdən iş adı ilə çıxıb və qayıtmayıb.
Ailəsi deyir ki, Araz spirtli içkiyə meyilli olub. Fəhlə işləyərək qazandığı pulunun çoxunu da içkiyə xərcləyirmiş.
Ailə üzvlərinin sözlərinə görə, Arazın xarici pasportu olmıyıb. Evdən gedəndə şəxsiyyət vəsiqəsini və mobil telefonunu da götürməyib. Onun axtarışı ilə bağlı rayon polis şöbəsinə müraciət edilsə də, bu günə qədər bir xəbər yoxdu.
Ağsu rayon polis şöbəsindən aldığımız məlumata görə, Araz Rəsulovun itkin düşməsi ilə bağlı yaxınları rəsmi müraciət edib və bu müraciət əsasında onun barəsində itkin düşmüş şəxs qismində axtarışlara başlanılıb.