Xəzər Xəbər

Azərbaycanda cəzalar humanistləşdirilir - VİDEO

Veb TV | 18:12 • 29 İyul 2017
Azərbaycanda cəzalar humanistləşdirilir -

Azərbaycanda köklü sürətdə hüquqi islahatlar aparılır və cəzalar humanistləşdirilir.

Xezerxeber.az məlumat verir ki, ölkə başçısı tərəfindən fevral ayında imzalanmış sərəncamda göstərilən tövsiyə və tapşırıqlara əsasən, qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi üçün layihələr hazırlanır, o cümlədən məhkəmələr tərəfindən azadlıqdan məhrum etmə cəzalarının verilməsi halları azaldılır.

Bu, Ədliyyə Nazirliyinin açıqladığı statistik rəqəmlərdə də özünü göstərir.

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, hazırda Azərbaycanda qanunvericilik çox sərtdir və bir çox pozuntulara görə insanlar azadlıqdan məhrum edilir. Bunun dəyişdirilməsi üçün də ciddi islahatlar aparılır.

Əliməmməd Nuriyevin sözlərinə görə ədliyyə, prokurorluq və məhkəmə orqanlarının əməkdaşlarından ibarət birgə işçi qrupun hazırladığı dəyişiklik təklifində bir sıra maddələr üzrə azadlıqdan məhrumetmə cəzasının alternativ cəzalarla əvəz edilməsi nəzərdə tutulur.

Eyni zamanda, yaxın gələcəkdə ölkəmizdə qanunları pozmuş şəxslərin qollarına xüsusi elektron qolbağlar bağlamaqla, onların hərəkətlərinə və getdikləri ərazilərə nəzarət etmək mümkün olacaq ki, bu da insanları cəmiyyətdən ayırmadan onları islah etməyə imkan verəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar