Xəzər Xəbər

Düşmən növbəti dəfə hiyləyə əl atıb - VİDEO

Veb TV | 18:07 • 29 İyul 2017
Düşmən növbəti dəfə hiyləyə əl atıb -

Düşmən növbəti dəfə hiyləyə əl atıb.

Azərbaycan Müdafiə Nazirliyi sosial şəbəkələrdə Azərbaycan ordusu barədə yalan məlumatlar yayan "Tofiq İbrahimov" adlı "Facebook" profili barədə açıqlama yayıb.

Xezerxeber.az məlumat verir ki, açıqlamada bildirilir ki, son zamanlar Ermənistan ordusunda artmaqda olan ölüm və ağır bədən xəsarətləri ilə nəticələnən cinayət tərkibli hadisələrdən erməni ictimaiyyətinin diqqətini yayındırmaq məqsədilə düşmən planlaşdırılmış təxribatlar həyata keçirir. Belə tədbirlərdən biri də Ermənistan tərəfindən sosial şəbəkələrdə azərbaycanlı adı altında saxta profillər yaratmaqla guya Azərbaycan Ordusunda müxtəlif hadisələrin baş verdiyini iddia edən yalan məlumatların vaxtaşırı yayılmasıdır.

Bununla yanaşı, aparılan araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan Ordusu barədə yalan, iftira və təxribat məqsədli xəbər yayan "Tofiq İbrahimov" adlı "Facebook" profili Ermənistanın xüsusi xidmət orqanları tərəfindən yaradılaraq idarə edilir, həmin profildə paylaşılan bütün hadisələr uydurmadır, ad və soyadları çəkilən şəxslərin Silahlı Qüvvələrə heç bir aidiyyəti yoxdur. Müdafiə Nazirliyi həmçinin bildirir ki, düşmən tərəfindən sosial şəbəkələrdə məqsədyönlü şəkildə yaradılan saxta səhifələrdə ordumuzla əlaqədar yayılan neqativ məlumatlar təxribat xarakteri daşıyır və heç bir reallığı əks etdirməyən bu kimi xəbərlərin gələcəkdə də yayılması istisna edilmir.

Azərbaycan Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinin nümayəndələrini, sosial şəbəkə istifadəçilərini və ictimaiyyəti diqqətli olmağa, düşmən təbliğatına uymamağa, Ermənistanın bu cür təxribatlarına qarşı qlobal internet məkanında və mətbuatda aktiv əks-fəaliyyət göstərməyə çağırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar