Sexdə baş verən yanğın zamanı yaxınlıqdakı avtomobili də alov tutub.
Xezerxeber.az məlumat verir ki, hadisə Qax rayonunun Qıpçaq kəndində baş verib. Kənd sakini Roman Nəbiyevə məxsus ümumi sahəsi 128 kvadratmetr olan taxta sexi, sexə yaxın 48 kvadratmetrlik mal tövləsi və sexin həyətində olan yük avtomobili yanıb.
Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğının şiddəti güclü olduğundan qarşısını almaq çətinləşib. Nəticədə sexdə olan 7 kubmetr taxta, 7 ədəd dülgər dəzgahı, yük avtomobilinin yük yerində olan 5 kubmetr odun və mal tövləsinin çardağına yığılmış 580 ədəd ot bağlaması tamamilə yanaraq kül olub. Yanğın baş verən zaman sexdə heç kim olmayıb. Ətrafda olan yaşayış evləri yanğından mühafizə olunub.
Salyanda isə restoran yanıb. Hadisə rayonun Çuxanlı kəndi ərazisində Ələt-Astara magistral yolunun 51-ci kilometrliyində baş verib. Həmin ərazidə fəaliyyət göstərən restoranın talvar hissəsi qəfil yanmağa başlayıb. Hadisə yerinə Salyan yanğından mühafizə hissəsinin yanğısöndürən maşınları cəlb olunub. Yanğısöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq ümumi sahəsi 180 kvadratmetr olan talvar yanaraq kül olub. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: