Köhnə mənzillərin qiyməti düşüb.
Xezerxeber.az məlumat verir ki, bir müddətdirpaytaxtın daşınmaz əmlak bazarında ucuzlaşma müşahidə edilir.
Əmlakçıların sözlərinə görə, bir çox amillər köhnə mənzillərin qiymətinin enməsinə gətirib çıxarır. Ən əsas səbəblərdən biri odur ki, yeni tikililərin kredit və ya ipoteka ilə satılması insanları rahat surətdə belə mənzilləri almağa sövq edir. Bu da köhnə mənzil bazarına təsirsiz ötüşmür.
Son bir neçə ay ərzində köhnə mənzillərin kvadratmetrinin dəyəri 1737 manatdan 1614 manata qədər, yəni təxmini 7,24 faizə qədər ucuzlaşıb. Ötən ilin iyun ayı ilə müqayisədə isə mənzil və kommersiya obyektlərinin icarəsi isə müvafiq olaraq 8,58 və 4,67 faiz ucuzlaşıb.
Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, qiymətlərdəki enmə paytaxtın bəzi rayonlarında daha çox özünü biruzə verir.
Rieltorlar da son zamanlar tələbin az, təklifin isə çox olduğunu və bunun da köhnə binalardakı mənzil qiymətlərinə təsir etdiyini deyirlər.
Ümumiyyətlə, qiymətlərdəki enmənin hələ bir müddət davam edəcəyi gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterailı təqdim edir: