Xəzər Xəbər

Mingəçevir sakini evində qədim saat saxlayır - qiyməti 5 min manatdan yüksəkdir - VİDEO

Veb TV | 17:36 • 29 İyul 2017
Mingəçevir sakini evində qədim saat saxlayır -

Yaşı 1 əsrdən çox, boyu 2 metrdən artıq, dəyəri isə 5 min manatdan yüksəkdir...

Xezerxeber.az məlumat verir ki, Mingəçevir sakini evində avtomobil qiymətinə olan qədim saatı qoruyub saxlayır.

Əbdülhəsən Mirzəyevə vaxtölçən cihaz babasından yadigar qalıb. Maraqlı əşya bu gün də sözün əsl mənasında elə saat kimi işləyir. 55 yaşlı Mingəçevir sakini mexaniki vaxtölçəni həftədə bir dəfə üzərindəki daşlar vasitəsilə işə salmalı olur.

Əbdülhəsən Mirzəyev 1 əsrdən çox yaşı olan saatı daha çox azyaşlı nəvələrindən qoruduğunu deyir. 2 metrdən çox hündürlüyü olan vaxtölçəni silmək o qədər də rahat olmasa da, ailə üzvləri bu işi hər gün həyata keçirməli olurlar. Həm də saatın rəngi və taxtasının originallıgı qorunub saxlanır.

Qızıldan qiymətli vaxtölçən cihaza Mingəçevirdə maraq göstərənlər çoxdur. Saata yüksək məbləğ təklif edənlər olsa da, sahibi yadigar qalan əşyanı hələ ki, satmaq fikirində deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti