Məktəbəhazırlıq qruplarına bir necə gündən sonra sənəd qəbuluna başlanılacaq.
Xezerxeber.az məlumat verir ki, avqustun 1-dən etibarən Bakı şəhərində prosesə start veriləcək.
Bakı şəhər Təhsil İdarəsindən bildirilib ki, builki qəbulda bir sıra yeniliklər olacaq.
İdarənin sektor müdiri Bəşarət Məmmədov dedi ki, məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçdikdən sonra lazımi sənədlərlə birlikdə avqustun 15-dən 30-dək məktəbə müraciət etmək lazımdır .
Uşaqların bu qruplara qəbulu üçün əsas lazım olan sənədlər uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti, sağlamlıq haqqında arayış, 2 ədəd fotoşəkil və valideynlərin şəxsi kabinetdən çap olunmuş arayışı təqdim olunur.
Ümumiyyətlə isə keçən illə müqayisədə bu il qəbul qaydalarında yerlərin sayında artım var.
Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşmasıdır. Rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: