Xəzər Xəbər

Bakıda ŞOK OLAY: Supermarket rəhbərliyi oğrunu döyüb ət soyuducusuna saldı - VİDEO

Veb TV | 20:59 • 28 İyul 2017
Bakıda ŞOK OLAY:

Bakıda heç yerdə görülməmiş hadisə baş verib. Bir supermarket oğurluq ittihamı ilə bir müştərini nəhəng soyuducuya salaraq orda uzun müddət saxlayıb. Müştəri soyuqdan huşunu itirdikdən sonra onu soyuducudan çıxarıblar. Bu iddia ilə "Xəzər Xəbər"ə müraciət edən 37 yaşlı Firuz Qəhrəmanov deyir ki, eyni zamanda ona müxtəlif işgəncələr də veriblər. "Xəzər Xəbər" olaraq bu şok hadisəni araşdırmışıq. Adı çəkilən market məsələyə hansı açıqlamanı verib, buyurun izləyin.

Dostu ilə marketə gələn müştəri səbəbsiz yerə işgəncəyə məruz qalıb.

Hadisə Xətai rayonunda yerləşən "Freş mart" adlanan marketdə baş verib. Firuz Qəhrəmanov dostu Novruz Sədiyevlə marketdə olarkən onlara deyiblər ki, guya marketdən bahalı təraş ülgücü oğurlayıblar.

İddiaya görə, marketin qadın adminstratoru onlardan 750 manat məbləğində pul tələb edib, verməyəcəkləri təqdirdə mühafizəçilərə döydürəcəyini deyib. Oğurluqda ittiham olunan Novruz Sədiyev əlacsızlıqdan razılaşıb, pul gətirmək üçün evə getmək istəyib.

Novruz Sədiyev bir neçə saat sonra zəng edib deyib ki, deyilən məbləğ çoxdur və düzəldə bilməyib. Xahiş edib ki, dostunu buraxsınlar, pulu düzəldən kimi gətirib verəcək. Bu zaman marketin qadın adminstratoru və mühafizəçilər Firuz Qəhrəmanovdan təzyiq vasitəsi kimi istifadə ediblər.

Uzun müddət soyuducuda saxlanılan Firuz huşunu itirdikdən sonra onu ordan çıxarıblar. Deyir ki, işgəncələr bununla da bitməyib.

Firuzu gecə saatlarına kimi marketdə saxlayıb, pulu ala bilməyəcəklərini görəndə isə buraxıblar. Məsələylə bağlı "Freş mart"a da müraciət etdik. Marketin nümayəndəsinin cavabı isə cavab oldu.

Səbəbsiz yerə kiminsə işgəncəyə məruz qalması və soyuducuda huşu gedənə qədər saxlanılması faktının həqiqətən də olub-olmadığını isə polis araşdıracaq. Çünki Firuz Qəhrəmanov artıq məsələ ilə bağlı polisə müraciət edib.


Xəbər lenti

COP29 Sədrliyindən BƏYANAT
18:10 • 22 Noyabr 2024