Xəzər Xəbər

Qrup şəklində kredit götürdülər - birinin borcunu digəri ödəməli oldu - VİDEO

Veb TV | 20:57 • 28 İyul 2017
Qrup şəklində kredit götürdülər -

Qrup şəkilində kredit götürən 3 qonşudan ikisi pulu qaytarıb. Kredit təşkilatı qalan bir nəfərin borcunu həmin şəxsin özündən yox, pulunu tam ödəyənin təqaüdündən tutur. Artıq 900 manata yaxın pulu alınan adam deyir ki, borcu olanın ailəsində 3 nəfər işləyir, ancaq onların maaşlarına toxunulmur. Bəs bununla bağlı qanunvericilik nə deyir?

Qrup şəklində kredit götürdülər, birinin borcunu digəri ödəməli oldu.

Lənkəranın Göyşaban kənd sakini Tağızadə Əliyev həmkəndiləri - Sevgül Mənsimova və Nazimə Əsgərova ilə birlikdə 2014-cü ildə qeyri-bank kredit təşkilatının rayon filialından qrup şəklində kredit götürüb. Üç nəfərə umumilikdə 9 min manat pul götürən həmkəndlilərdən ikisi - Tağızadə Əliyev və Sevgül Mənsimova 2016-cı ildə borcu tam ödəyib. Nazimə Əsgərova isə borcu qaytarmayıb. Bu səbəbdən də bir ildən çoxdur ki, Tağızadə Əliyevin pensiya kartından əvvəlki aylarda 80 manat, daha sonrakı aylarda isə 30-50 manat tutulur.

Tağızdə Əliyevin sözlərinə görə, Nazimə Əsgərovanın ailəsində hər kəs işləyir və götürülən məbləği onun ailəsinin ödəmə qabiliyyəti var. Onda bu borc niyə yalnız Tağızdə Əliyevdən alınır?

Ekspertlər isə bildirirlər ki, qrup şəklində götürülən kreditdə ailə üzvləri məsuliyyət daşımır. Bu kredit növünda qrup üzvləri bir-birlərinə zamin durmuş sayılırlar. Yəni qrupdan kim məbləği ödəyə bilmirsə, kredit avtomatik olaraq digər üzvlərə yönləndirilir və onlardan hansının bunu ödəmək qabiliyyəti varsa, həmin məbləğ ondan tutulur. Digərlərinin borcunu ödəyən şəxs isə borcu tam ödədikdən sonra banka müraciət edib öz borcunu deyil, digərlərinin borcunu ödədiyinə görə çıxarış alıb, qrupun digər üzvlərini məhkəməyə verə bilər.


Xəbər lenti