Xəzər Xəbər

Azərbaycanda xəstələri daşıyan maşın QƏZAYA UĞRADI VİDEO

Veb TV | 20:26 • 28 İyul 2017
Azərbaycanda xəstələri daşıyan maşın QƏZAYA UĞRADI

Yevlax Rayon Mərkəzi Xəstəxanasından yanğın səbəbi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına xəstələri təxliyyə edən təcili tibbi yardım maşınlarından biri qəzaya düşüb.

Hadisə Mingəçevir şəhərində, Nəsimi küçəsində baş verib.

Belə ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın səbəbi ilə oradakı xəstələri təxliyyə edən 90-JX-682 dövlət qeydiyyat nömrə nişanlı təcili tibbi yardım maşını yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun kənarındakı maneəyə çırpılıb.

Nəticədə təcili tibbi yardım maşını yararsız hala düşüb. Təcili tibbi yardım maşınında olan xəstə isə taksi ilə xəstəxanaya çatdırılıb.



Xəbər lenti