Xəzər Xəbər

Bakıda qanunsuz zibilxana: Ərazidə antisanitar vəziyyət hökm sürür - VİDEO

Veb TV | 20:54 • 28 İyul 2017
Bakıda qanunsuz zibilxana:

Paytaxın Binəqədi qəsəbəsində qanunsuz zibilxana yaradılıb. Ərazidə antisanitar vəziyyət hökm sürür. Tullantılar çoxaldığından ərazidən ufunət iyi yayılır. Bundan ən çox əziyyət çəkənlər isə elə həmin ərazidə yaşayan sakinlərdir.

Məişət tullantıları yaşayış evlərinin yaxınlığındakı boş əraziyə atılır.

Bura tullantılar üçün nəzərdə tutulmasa da, ancaq görünən mənzərə bunu demir. Paytaxtın Binəqədi rayonu,Binəqədi qəsəbəsi 3-cü mədən adlanan ərazidə qanunsuz zibilxana yaradılıb.

Bu isə ən çox elə orda yaşayan sakinlərə çətin anlar yaşadır. Məsələ ilə bağlı Binqədi rayon, Binəqədi qəsəbəsi bələdiyyəsinə getdik. Bildirildi ki, problemdən xəbərdardılar və həmin əraziyə zibillər bəzi iaşə obyektlərinin sahibləri tərəfindən atılır..Buna baxmayaraq, qəsəbə bələdiyyəsi tərəfindən problemin aradan qaldırılması üçün tədbirlər görülür. Ən qısa zamanda ərazi zibildən tamamilə təmizlənəcək və abadlıq işləri aparılacaq.


Xəbər lenti