Xəzər Xəbər

15 yaşlı oğlan dondurmadan ZƏHƏRLƏNDİ VİDEO

Veb TV | 20:51 • 28 İyul 2017
15 yaşlı oğlan dondurmadan ZƏHƏRLƏNDİ

Qazaxda 15 yaşlı yeniyetmə zəhərlənib. Xəstənin yaxınları onun dondurmadan zəhərləndiyini deyirlər.

Mağazadan dondurma alıb yeyən yeniyetmə zəhərlənib. Hadisə Qazax rayonunun Yuxarı Salahlı kəndində baş verib.

15 yaşlı Kərəm Məmmədkərimov 3 ədəd dondurma yedikdən bir qədər sonra halı qəflətən pisləşib. Dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən yeniyetməyə həkimlər tərəfindən zəhərlənmə diaqnozu qoyulub.

Hazırda xəstənin vəziyyəti yaxşılaşdığından evə buraxılıb.


Xəbər lenti

Çox oxunanlar