ABŞ-ın Kaliforniya ştatında keçən il həbsxanadan qaçan üç məhkumunçəkdikləri qaçış videosu ortaya çıxıb.
Hoseein Nayer, Conatan Tieu və Tien Duonqadlı məhkumlarkeçən il Kaliforniyadakı "Orange County" həbsxanasından qaçıblar. Həbsxanadan qaçış görüntülərini kamerayla qeydə alan məhkumlar bununla kifayətlənməyib, qaçışdan sonrakı həyatlarını da kameraya çəkiblər. Qaçış videolarını '"Həbsdən necə qaçdıq?"başlığıyla sosial şəbəkədə paylaşan məhkumlar yenidən saxlanılıblar.
Məhkumlardan Duonqqaçışdan bir həftə sonra təslim olarkən, digər iki məhkum olaydansəkkiz gün sonra San Fransiskoda ələ keçiblər.
İstintaqdan sonraməhkumlara qaçmaqları üçün kömək etdikləri üzə çıxan bəzi həbsxana səlahiyyətliləri də həbs edilib./milli.az