Xəzər Xəbər

Polis arvadını öldürdü: özü də azyaşlı uşağının gözü qarşısında İNTİHAR ETDİ - VİDEO

Veb TV | 15:38 • 28 İyul 2017
Polis arvadını öldürdü:

Konyanın Cihanbeyli mahalında yol polisi işləyən 27 yaşlı Serkan Çevik ilə həmyaşıdı olan tibb bacısı həyat yoldaşı Elif Çevik evdə ölü tapılıb.

Cütlüyün 2.5 yaşlı uşaqları İkranurun da paltarı qaniçində valideynlərinin cəsədinin yanında olduğu məlum olub. Serkan Çevikinpsixi sarsıntı keçirib,tapançailə yoldaşını öldürdükdən sonra intihar etdiyi ehtimalı üzərində dayanan polisistintaqı davam etdirir.

Cihanbeylidə bir məsciddə imamlıq edən Mustafa Özdemir çərşənbə axşamı günü qızı Elif Çelik ilə polis olan kürəkəni Serkan Çevikə nə qədər zəng etsə də cavab verən olmayıb. Özdemir axşam saatlarında qızının evinə gedib. Qapını açan olmayınca çilingərin köməyi ilə evə girən Özdemir qorxunc mənzərə ilə qarşılaşıb. Qızı və kürəkəni yataq otağında yerdə qan içində, nəvəsi İkranuru da valideynlərinin cəsədinin yanında paltarı qanlı tapıb.

Hadisə yerinə çağırılan təcili yardım briqadası Çevik cütlüyünün öldüyünü deyib.

Araşdırmada, Elif Çevikin bədəninin müxtəlif yerlərində 6 güllə yarası təsbit edilərkən, Serkan Çevikin isə başından vurulduğu məlum olub. Serkan Çevikin tapançası da cəsədinin yanında tapılıb.

Azyaşlı İkranurun qana bulanmış paltarları dəyişdirildikdən sonra, babası Mustafa Özdəmirə təhvil verilib.

İstintaq davam edir./milli.az



Xəbər lenti

Çox oxunanlar