Xəzər Xəbər

Prokurorun bu sözləri ölkəni ayağa qaldırdı: “Arvadını sat” - VİDEO

Veb TV | 13:47 • 28 İyul 2017
Prokurorun bu sözləri ölkəni ayağa qaldırdı:

Təcavüz olaylarının çox olduğu və bunun bir səbəbinin də tualetlərin olmaması ilə izah edildiyi Hindistanda bir prokurorun sözləri bütün ölkəni ayağa qaldırıb. Prokuror ölkədə təmizliyə, sanitar qaydalara riayət edilməsi üçün dövlət səviyyəsində keçirilən tədbilərdə iştirak edib.

Xalqı təmizliyə, sanitar-gigiyenik qaydalara riayət etməyə çağıran prokururun sözləri isə əsl olay olub.

Belə ki, prokuror görüşdüyü sakinlərdən birinə evində tualet olmamasının səbəbini soruşub. Şəxs isə tualet tikdirmək üçün pulunun olmadığını bildirib. Buna cavab olaraq prokuror "O halda arvadını sat" deyib. Kanval Tanuj adlı hakimin bu sözləri böyük rezonans doğurub. Bihar bölgısindəki çıxışında dediyi sözlərlə bir anda ölkənin gündəminə çevrilən prokuror "Təmiz Hindistan Hərəkatı”nın aksiyalarından uzaqlaşdırılıb.

Prokuror isə sözlərinin yanlış anlaşıldığını bildirərək "İnsanlar tütün çəkmək üçün pul tapırlar, ancaq tualet üçün bunu etmirlər. Əgər pullarının olmadığını əsas gətirirlərsə, məntiqləri budursa, özlərinə çıxış yolu tapsınlar, avans almaq deyilən bir şey var. Tütünə pul tapan tualetə də tapar".



Cəbhə.info

Xəbər lenti

Çox oxunanlar