Dünən İstanbulda yağan dolu, sel və güclü tufan həyatı iflic edib.
Anidən qopan təbii fəlakət nəticəsində ağaclar yerindən qopub, evlərin və iş yerlərinin damı uçub, bəzi ərazilərdə divarlar aşıb.
400-ə yaxın şimşək çaxması nəticəsində bir neçə yerdə yanğın baş verib. Maşınlara və evlərə ciddi ziyan dəyib. Metroları və ticarət mərkəzlərini su basıb. Xoşbəxtlikdən ölüm faktının qeydə alınmayıb.
publika.az