Avropa İttifaqı Komissiyasının sədri Jan-Klod Yunker Almaniya kansleri Angela Merkelin telefon zənginə cavab verməyib. Olay Jan-Klod Yunkerlə Slovakiyanın baş naziri Robert Fiko arasında Brüsseldə keçirilən mətbuat konfransı zamanı baş verib.
Belə ki, telefonuna zəng gəldiyini görən Yunker, "Pardon, həyat yoldaşım zəng edir",-deyə mətbuat konfransında bildirib. Ona zəng edən şəxsin əslində Almaniya kansleri Angela Merkel olduğunu görən Jan-Klod Yunker, "Xeyr, zəng edən xanım Merkeldir",-deyə daha sonra söyləyib.
Bu hadisə mətbuat konfransında iştirak edən Slovakiya baş naziri də daxil olmaqla, media nümayəndələrinin gülüşünə səbəb olub. (FaktXəbər)