Xəzər Xəbər

Elektron ipoteka sistemi işə düşür - Avqustun 1-dən - VİDEO

Veb TV | 20:50 • 27 İyul 2017
Elektron ipoteka sistemi işə düşür -

Elektron ipoteka sisteminin Elektron Hökümət portalına inteqrasiya olunması ilə ipoteka kreditlərinə çıxış imkanları daha da artacaq. Belə ki, yeni sistemdə süründürməçilik və qeyri-qanuni ödənişlər olmadığına görə insanlar ipoteka kreditlərindən daha çox faydalana biləcəklər.

İpoteka kreditləri almaqla bağlı süründürməçilik və digər neqativ hallar aradan qaldırılır.

Avqustun 1-dən etibarən fəaliyyətə başlayacaq elektron ipoteka sistemi elektron hökümət portalının real vaxt rejimində əhalinin istifadəsinə veriləcək.

Bundan sonra hər bir şəxs birbaşa internet vasitəsilə onlayn rejimdə Elektron Hökumət Portalına daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət zamanı qeydiyyatdan keçərkən Elektron İmza və ya "ASAN İmza" əldə etməlidir.

Elektron İpoteka Sisteminin tətbiqi ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsinə, ipoteka krediti almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasına, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsinə münbit şərait yaradır.

Yeni sistemin tətbiqinin başlanması ilə insanların ipoteka kreditinə çıxış imkanları artacağına görə bu fürsətdən istifadə edib mənzil sahibi olanların sayı da artacaq.


Xəbər lenti