Son zamanlar bölgələrdə tikinti sektorunda canlanma var. İnsanlar kütləvi şəkildə rayon və kənd yerlərində ev tikdirməyə üstünlük verirlər. Ekspertlər bunun mövsümlə əlaqədar olduqunu bildirirlər. Ən çox tikinti isə turistik rayonlarda aparılır.
Paytaxt Bakıda tikinti sektoru zəifləsədə, bölgələrdə bu sahədə artım müşahidə edilir.
Son zamanlar rayon və kənd yerlərində fərdi ev tikintisi sürətlə artır. Sakinlər bunun bir neçə səbəbi olduqunu bildirirlər. Sakinlərin sözlərinə görə bölgələrdə torpaqın qiymətinin ucuz olamasıda buranı cəlbedici edir. Amma ev tikdirənlər çoxaldıqca torpaqın qiymətidə bahalaşır.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlın sözlərinə bu canlanma xüsusi ilə mövsümlə əlaqədardır. Bəzi rayonlar var ki, orada tikinti gözlə görünən səviyyədə artıb.
Praqnozlara görə qış aylarına doğru tikinti işləri əhəmiyyətli dərəcədə azalacaq.