Lənkəranda toydan sonra dava olub, xəsarət alanlar var.
Hadisə Lənkəran rayonunun Sinovli kəndində keçirilən toy mərasimindən sonra baş verib. Həmkəndlilər arasında düşən dava zamanı 45 yaşlı Daşqın Barat oğlu Mehrəliyev və 24 yaşlı Ruslan Adil oğlu Mehrəlizadə döyülərək baş və bədən nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Zərərçəkmiş Daşqin Mehrəliyevin sözlərinə görə, Ramin Hüseynov adlı həmkəndliləri qonşuluqda keçirilən toy mərasimindən içkili vəziyyətdə qayıdaraq küçədə nalayiq ifadələr işlədib. İrad bildirdikdə isə, Ramin yerdən daş götürərək Daşqına xəsarət yetirib. Sonra isə, Daşqın Mehrəliyevlə birlikdə qohumu Ruslan Mehrəlizadə də davaya qoşulub. Davadan sonra onun bədən və kürək nahiyələrində dişləmə nəticəsində didilmiş yaralar aşkar edilib.
Hadisə şahidlərinin sözlərinə görə, qarşı tərəf də xəsarət alıb, lakin xəstəxanaya müraciət etməyib. Faktla bağlı araşdırma aparılır.