Xəzər Xəbər

Yevlax Rayon Mərkəzi Xəstəxanasında güclü yanğın VİDEO

Veb TV | 20:50 • 27 İyul 2017
Yevlax Rayon Mərkəzi Xəstəxanasında güclü yanğın

Yevlax Mərkəzi Xəstəxanasında güclü yanğin olub. Hadisə bu gün günorta saatlarında qeydə alınıb. Qəfildən baş verən alovlanma tibb ocağının əsas korpusunun 4-cü mərtəbəsində meydana gəlib.

Alov tez bir zamanda ətrafı bürüdüyündən hadisə yerinə 5 yanğın söndürən avtomobil və canlı qüvvə cəlb edilib. Hadisə zamanı cərrahiyyə şöbəsinə üç xəstə əməliyyat masasında olub və həmin xəstələr dərhal təcili tibbi maşınlarla Mingəçevir Şəhər Mərkəzi xəstəxanasına çatdırılıb. Bundan başqa xəstəxanada müalicə alan xəstələr və tibbi personal alovlanan binadan çıxarılıb.

İlkin ehtimallara görə, yanğın elektrik kabellərindəki qısaqapanmadan baş verib. Hadisə zamanı xəsarət alan olmasda bəzi müalicə alan xəstələr həyəcan keçirib. Yanğınsöndürənlər tibb ocağında baş verən alovu ram edə biliblər.

Yanğının başvermə səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır.


Xəbər lenti

Çox oxunanlar