Paytaxtda daha 2 parkın ərazisində pulsuz vayfay olacaq. İnternetin sürəti isə kifayət qədər yüksəkdir. Bakıda pulsuz vayfayla təmin edilən parkaların sayı artırlır.
Artıq Bakının "Qış parkı" və "Zabitlər parkı" ərazisində də "vay-fayi"a ödənişsiz giriş təmin olunacaq.
Qeyd olunur ki, "ictimai vay-fay" layihəsi çərçivəsində aparılıb.
Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də "Axundov", "Sabir" və "Xaqani" bağlarında ödənişsiz "vay-fayi" təmin olunub.
Yaxın vaxtlarda ödənişsiz "vay-fayi"ın paytaxtın "Hüseyn Cavid" və "Dədə Qorqud" parklarında da təmin edilməsi planlaşdırılır.